Seçicilərin 19.44%-i səsvermədə iştirak edib - RƏSMİ

10:41 07.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saat 10:00-a olan məlumata əsasən 125 seçki dairəsi üzrə  6478840 seçicinin  1259371 nəfəri, yəni 19.44%-i səsvermədə iştirak edib. 

Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-da keçirilən brifinqdə bildirib.


Seçki qanunvericiliyinə uyğun olaraq, günün növbəti saatlarına - saat 12:00, 15:00, 17:00 və 19:00-a olan məlumatlar mütəmadi şəkildə ictimaiyyətə təqdim olunacaq.